AZ

Pakistandan acı xəbər gəldi – 270 nəfər...

Pakistanda terror hücumu baş verib.

Yenisabah.az xəbər verir ki, Bəlucistan əyalətinin Mastunq rayonunda sərnişin qatarına edilən bombalı hücum edilib.

Səlahiyyətlilər Mastunq bölgəsində relslərə yerləşdirilmiş partlayıcının partlaması nəticəsində qatarın 6 vaqonunun relsdən çıxdığını, relsdən çıxan vaqonlardan birinin aşdığını və vaqonda olan 12 sərnişinin yaralandığını bildirib. Toyuqlu pizza

Partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Dəmiryolu rəsmiləri hücum zamanı qatarda 270 sərnişinin olduğunu və təhlükəsizlik yoxlamalarından sonra zədələnmiş xəttin təmir ediləcəyini və qatar xidmətlərinin bərpa ediləcəyini vurğulayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
2
2
yenisabah.az

3Mənbələr