Florida ştatındakı meydanda qolf oynayarkən Donald Trampa sui-qəsd cəhdində ittiham olunan 59 yaşlı Rayan Raut (bu, Trampın ikinci prezidentlik kampaniyası zamanı onun həyatına ikinci cəhd idi) ona qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli bilinib.
Publika.az CNN-ə istinadən xəbər verir ki, hökm elan edildikdən sonra Raut qələmlə boynuna vurmağa cəhd edib, lakin məhkəmə icraçıları onun qarşısını alıblar .
Rautun hökmü dekabrın 18-də elan olunacaq. Onu ömürlük həbs gözləyir.