Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda IIIBeynəlxalq Statistika Forumunun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.