Olaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daxil olmaqla bir çox tibb müəssisəsi Trampın iddialarını rədd edib.
Avropa Dərman Agentliyi (EMA) Ağ Ev rəhbərinin bəyanatlarına cavab olaraq 2019-cu ildə aparılan genişmiqyaslı qiymətləndirməyə istinad edib.
Agentlik, hamiləlik dövründə parasetamolun istifadəsinin uşaqlarda neyroinkişaf pozğunluqları riskini artırdığına dair etibarlı sübut olmadığını bildirib:
"Parasetamol zəruri hallarda hamiləlik dövründə istifadə edilə bilər. Ancaq bu, ən aşağı təsirli dozada və mümkün qədər nadir hallarda olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31