Rus əsgərləri mülki ailəni GÜLLƏLƏDİ
Ajans.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb. Məlumata görə, Rusiya əsgərləri Donetsk vilayətində bir mülki ailəni güllələyiblər. Ailə üzvlərindən biri - azyaşlı qız sağ qalıb və hərbçilər onu girov götürərək, kənd ərazisində irəliləmək üçün “canlı qalxan” kimi istifadə ediblər. “Cəsədləri çıxarın ki, uşaq onları görməsin. Ona toxunmayın, yedizdirin, içizdirin”, - videogörüntülərdə eşidilən səslərdə əsgərlər deyir.