AZ

Türkiyədə CHP-nin İstanbul üzrə yeni sədrinin seçimləri ilə bağlı qərar verilib

İstanbul, 24 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Ali Seçki Qurumu (YSK) ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayının keçirilə biləcəyinə qərar verib.

AZƏRTAC xəbər verir ki, CHP-nin İstanbul Qurultayı üçün hazırlıqlar davam etdiyi vaxtda, şəhər məhkəməsi yeni qərar qəbul edərək qurultayın dayandırılmasını tələb edib. Bunun ardından Ali Seçki Qurumu fövqəladə toplantı keçirib və YSK sədri Ahmet Yener açıqlama verərək qurultayın keçirilməsinə icazə verildiyini bildirib.

Qeyd edək ki, bu proses CHP-nin 2023-cü ildə keçirilən qurultayı ilə bağlıdır.

Belə ki, 2023-cü il oktyabrın 8-də partiyanın İstanbul Qurultayında Özgür Çelik sədr seçilib və bunun ardından “səsvermədə saxtakarlıq edildiyi” iddiaları ortaya atılıb.

İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi qurultayda seçilən sədr və rəhbərliyin müvəqqəti olaraq vəzifədən kənarlaşdırılmasına, şəhər rəhbərliyinə isə müvəqqəti idarə heyətinin təyin edilməsinə qərar vermişdi. Məhkəmə qərarı ilə partiyanın İstanbul üzrə yeni rəhbəri vəzifəsinə Gürsel Tekin gətirilmişdi.

CHP rəhbərliyinin bu qərara etiraz etməsinin ardından qurultayın yenidən keçirilməsinə qərar verilib.

Seçilən
38
1
azertag.az

2Mənbələr