AZ

Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi artır

Bu ilin yanvar-avqust aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23 554,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12 955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10 598,8 milyon manat təşkil edib.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Seçilən
10
22
vergiler.az

10Mənbələr