Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın Xalq artisti Oleq Qazmanova qarşı dələduzluqda şübhəli bilinən erməni tanışı, iş adamı Gevork Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Readovka" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, iş adamı ABŞ-də yaşayır, lakin vaxtaşırı iş üçün Rusiyaya qayıdır. Belə səfərlərin birində o, saxlanılaraq istintaq təcridxanasına göndərilib.
Daha əvvəl sənətçi həyat yoldaşı ilə birlikdə dələduzluq sxeminin qurbanı olması şübhəsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Qazmanovlar 2019-cu ildə tanışları Gevork Sarkisyana külli miqdarda borc veriblər və o, guya puldan investisiya kimi istifadə etmək niyyətində olub.
Daha sonra Sarkisyan borcunu və onun faizlərini ödəməkdən imtina edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.