AZ

Mansur Piriyevə yeni vəzifə verildi - Yerinə İlkin Kərimov gətirildi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb. 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub. H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də İnformasiya Proqramları redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da baş direktorun katibliyində PR və KSM layihələr icra edib

Milli.Az

Seçilən
3
30
milli.az

10Mənbələr