AZ

Taylandda şəhər yolu çökdü - 50 metr olan çuxur yaranıb

.Banqkokda hərəkətli yolun bir hissəsi çökərək 50 metr dərinlikdə çuxur yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə şəhər xəstəxanası və polis idarəsinin yaxınlığında baş verib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Hüquq-mühafizə orqanları və kommunal xidmət əməkdaşları hadisə yerini mühasirəyə alıblar. Sakinlər təxliyə edilib.

Seçilən
13
ucnoqta.az

1Mənbələr