.Banqkokda hərəkətli yolun bir hissəsi çökərək 50 metr dərinlikdə çuxur yaradıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə şəhər xəstəxanası və polis idarəsinin yaxınlığında baş verib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Hüquq-mühafizə orqanları və kommunal xidmət əməkdaşları hadisə yerini mühasirəyə alıblar. Sakinlər təxliyə edilib.