AZ

Moskva Köçəryanın adamını niyə aradan götürdü? ŞOK DETALLAR+FOTO

ain.az bildirir, Bakupost portalına istinadən.

Xəbər verdiyimiz kimi, Rusiyanın “Rosreyestr” və “Rosimuşestvo” qurumlarının Sankt-Peterburq şöbələrinin keçmiş əməkdaşı Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda ölü tapılıb.

Bakupost.az xəbər verir ki, Boris Avakyan həm də separatçıların qondarma Dağlıq Qarabağ Respublikasının Fövqəladə Hallar "naziri"nin sabiq müavini olub. O, rusiyapərəst şəxs kimi tanınır, eyni zamanda Ermənistan hakimiyyətini tənqid edirdi. Avakyan 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Robert Köçəryanın tərəfdarı kimi diqqəti cəlb edib. O, müsahibələrindən birində bu barədə danışıb:

“Robert Köçəryanın seçkilərdə qalib gəlməsi Azərbaycan üçün kabusa çevriləcək. O, Vladimir Putinin yaxın dostudur. Azərbaycan üçün Köçəryanın hakimiyyətə gəlməsi faciə olardı. Onda vəziyyət çox dramatik şəkildə dəyişəcək.”

Avakyan dəfələrlə erməni hərbi cinayətkarların geri qaytarılması üzrə Azərbaycanla danışıqlarda Rusiyanın əsas rolunu vurğulayıb və Ermənistan rəsmilərinin fəaliyyətsizliyinə işarə edib.

“Mash” teleqram kanalının məlumatına görə, o, Kronştadt məhkəməsindən qaçdıqdan sonra konsulluq binasına sığınıb. Məhkəmədə 4,2 milyard rubldan çox gömrükdən yayınma ilə bağlı iş üzrə onun barəsində həbs qətimkan tədbiri seçilməli idi. Ermənistanın özündə isə o, sərhədi qanunsuz keçməyə və çirkli pulların yuyulmasına görə ittiham olunurdu.

Avakyan açıqlamalarının birində iddia edib ki, o, yüksək vəzifəli məmurlara (Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşanik Nersisyan və keçmiş maliyyə naziri David Ananyan) gömrük fırıldaqları aparmağa kömək edib və baş nazir Nikol Paşinyan bu barədə məlumatlı olun. Bu işdə Hraçya Akopyanın da (Baş nazirin arvadının qaynı – red.) adı hallanırdı.

Bu arada jurnalist Lia Sarkisyan bir gün əvvəl lentə aldığı videonu dərc edib. Avakyan orada bildirir ki, Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanlarına müraciət edib və ölkəyə ekstradisiyasının təşkil edilməsini istəyib.

Görünən odur ki, Boris Avakyan əvvəllər Kremlin işinə yarasa da, son vaxtlar Rusiya üçün əhəmiyyətsiz fiqura çevrilmişdi. Bəlkə də bu səbəbdən Ermənistana ekstradisiya olunmaq istəyirdi.

O, Kreml üçün Bakı və İrəvandan gizlədilməsi lazım olan çoxsaylı məlumatlara malik ola bilərdi.

Avakyanın Sankt-Peterburqdakı Ermənistan konsulluğunda ölümü rəsmi olaraq intihar kimi elan edilib, amma bunun özünəqəsd və ya qətl olduğu bilinmir.

Ermənistan Xarici İşlər Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib. Məlumata görə, Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna edilən zənglərə də cavab verilmir.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr