AZ

Rusiya nümayəndə heyətinin ilk qrupu III MDB Oyunlarında iştirak üçün Azərbaycana gəlib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 sentyabr, AZƏRTAC

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri Azərbaycana gəlməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Aeroportuna eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar.

Hava limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
7
azertag.az

8Mənbələr