AZ

Mansur Piriyevə yeni vəzifə verildi Yerinə İlkin Kərimov gətirildi

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb. 

Digər əmrlə, Mansur Piriyev agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb. 

Həmin şöbənin müdir müavini və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub. O, uzun illər televiziya sahəsində fəaliyyət göstərib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də İnformasiya Proqramları redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
30
qaynarinfo.az

10Mənbələr