AZ

Yasamalda piyada səkilərini avtomobillər belə zəbt edir – Video

Yasamal rayonunda səkilərin ya qanunsuz tikililərlə, ya da avtomobillərlə zəbt edilməsi halları davam edir.

Tribunainfo.az xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava massivində əksər səkilər avtomobillərlə zəbt edilib. Səkilər avtomobil dayanacaq parkına çevrildiyinə görə sakinlər avtomobil yolun ilə hərəkət etməli olur.
Sakinlər bildirib ki, artıq uzun illərdir 2-ci Alatava massivində metronun “20 Yanvar” stansiyasına gedən yolda uzun və böyük piyada səkisi başqa məqsədlərçün istifadə edilir. Piyada səkisində ya kafelər açılıb, ya avtomobil təmiri yeri kimi istifadə edilir, ya da parkinə çevrilib. Bu özbaşınalığın qarşısını isə alan yoxdur.

Gülşən Rəsul

Seçilən
2
1
tribunainfo.az

2Mənbələr