AZ

Keçirilən ikitərəfli görüşlər sayəsində ölkəmizə olan maraq artmaqdadır

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, ölkəmiz açısından bir neçə istiqamətdə mühüm rol oynayır və faydalar gətirə bilər. Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Azərbaycan prezidentinin beynəlxalq platformalarda böyük nümayəndə heyəti ilə istirak etməsi, ölkənin nüfuzunu artırır və daha çox dünya ölkələrinin tanınmış peşəkar siyasət adamları ilə bir araya gəlmək və yeni əlaqələrin qurulması istiqamətində əhəmiyyətli imkanlar yaradır:"Əlbətdə ki, keçirilən ikitərəfli görüşlər sayəsində ölkəmizə olan maraq artmaqdadır və bu maraqlar ölkəyə daxil olan investisiya layihələrinin gerçəkləşdirilməsi istiqamətində əhəmiyyətli dərəcədə faydalıdır. Bundan başqa Azərbaycan regionda və dünyada sülh və təhlükəsizliyə, əməkdaşlığa töhfə verən ölkə olaraq beynəlxalq aləmdə istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə əməkdaşlığa açıq olan ölkə kimi öz imicini formalaşdırmaqda qərarlı görünür. Bu istiqamətdə xüsusilə də beynəlxalq platformalarda siyasətini hər fürsətdə daha mükəmməl şəkildə davam etdirməkdədir. Etibarlı tərəfdaş olmaq, buna beynəlxalq ictimaiyyəti inandırmaq, ümumiyyətlə ölkəmiz adına bu imici yaratmaq və şaxələndirmək böyük peşəkarlıq sayəsində mümkündür və BMT-nin sessiyası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər və bütün bu görüşlərdə hər kəsin xüsusi diqqətini çəkərək mərkəzdə olmaq bacarığı siyasətçilər arasında az təsadüf edilən unikal göstəricilərdəndir".Ekspert deyib ki, bu səbəbdən ikitərəfli görüşlərdə, Azərbaycan numayəndə heyyətinin xüsusi missiyasını qeyd etməmək mümkün deyil:"Aparılan siyasi və iqtisadi siyasət deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə yüksəklərdə duran ölkələrin yanında yer alacaq".Anar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr