AZ

Plastik əşyalardan istifadə uşaqlarda xroniki xəstəliklər yaradır Yeni araşdırma

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Plastik əşyalardan istifadə uşaqlarda yaranan bəzi xroniki xəstəliklərə səbəb olur. Araşdırmalara görə, plastiklərin istehsalında istifadə edilən bəzi kimyəvi maddələrə məruz qalmanın uzun müddətli sağlamlıq riskləri yarada, bu da ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi xroniki xəstəliklərə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, Nyu-York Universitetinin (NYU) Langone Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada mütəxəssislər minlərlə hamilə qadın, döl və uşağın izlənildiyi tədqiqatları təhlil edib.

Araşdırma zamanı plastikləri elastik etmək üçün istifadə olunan ftalatlar, möhkəmlik vermək üçün istifadə olunan bisfenollar və materialların istiyə davamlı olmasına, suyu itələməsinə kömək edən polifloroalkil maddələr (PFAS) olmaqla üç kimyəvi sinifə diqqət yetirilib.

Buna əsasən müəyyən edilib ki, bu kimyəvi maddələr hormon pozğunluqlarına, immun sistemində iltihablanmaya və beynin inkişafında problemlərə səbəb ola bilər.

Tədqiqatçılar uşaqlıq dövründə bu toksinlərə məruz qalmağın ürək xəstəliyi, piylənmə, sonsuzluq və astma kimi çoxsaylı xroniki xəstəliklərlə əlaqəli olduğunu bildiriblər.

Araşdırmanın əsas müəllifi və pediatr Leonardo Trasande verdiyi açıqlamada deyib:

"Tapıntılarımız plastiklərin ergenlikdən yetkinliyə qədər davam edən bir çox xroniki xəstəliyin erkən mənşəyində rol oynadığını göstərir”.

Trasande həmçinin plastik qabların əvəzinə şüşə və ya paslanmaz poladdan istifadə edilməsinin, plastiklərin mikrodalğalı sobada və ya qabyuyan maşında işlədilməməsinin faydalı olduğunu vurğulayıb.

Araşdırmanın nəticələri "The Lancet” jurnalında dərc olunub.

Günay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
qaynarinfo.az

1Mənbələr