AZ

İran İsrailin hədəf aldığı raket obyektlərini bərpa edir, lakin əsas komponentlər çatışmır

İran

İran iyunda İsraillə 12 günlük müharibə zamanı dağıdılmış raket istehsalı obyektlərini bərpa etməyə başlayıb.

APA xəbər verir ki, “Associated Press“in təhlil etdiyi peyk şəkilləri bunu göstərir.

Ekspertlər hesab edirlər ki, İsraillə müharibənin yenidən baş verə biləcəyinə inanan İran üçün raket proqramının bərpası həyati əhəmiyyət daşıyır.

İyundakı müharibə İranın Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxardığından, raketlər ölkənin əsas çəkindirici vasitələrindən birinə çevrilib.

Raket mütəxəssisləri AP-yə açıqlamalarında bildiriblər ki, qarışdırıcıların əldə olunması Tehranın əsas məqsədlərindəndir. Bu, xüsusilə də ayın sonunda İrana qarşı BMT sanksiyalarının bərpa edilə biləcəyi ehtimalı fonunda daha vacib görünür. Həmin sanksiyalar raket proqramının inkişafını məhdudlaşdırmağa yönələcək.

İranın raket istehsalı bazaları Tehrana yaxın Xocir və Parçində, həmçinin paytaxtdan təxminən 350 km şimal-şərqdə yerləşən Şahrudda yerləşir.

İsrail ötən ilin oktyabrında bu obyektlərin hamısını bombalayıb. Ekspertlərin fikrinə görə, iyun döyüşləri zamanı İsrailin hücumları məhz raket yanacağının bərabər şəkildə qarışdırılmasını təmin edən avadanlıqların yerləşdiyi binaları hədəfə alıb.

Zərbələr həmçinin qarışdırıcıların istehsalına yararlı müəssisələri də əhatə edib.

“Planet Labs PBC” tərəfindən çəkilən yeni peyk görüntüləri Parçin və Şahrud obyektlərində bərpa işlərinin aparıldığını təsdiqləyib. Parçində bəzi binaların təmir prosesində olduğu görünür.

Mütəxəssislər hesab edir ki, Tehranın sürətli bərpa işləri İranın raket proqramına verdiyi prioriteti nümayiş etdirir. Bombalanmış nüvə obyektlərində bu səviyyədə bərpa işləri müşahidə olunmur.

Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutunun məlumatına görə, müharibə zamanı İran İsrailə 574 ballistik raket atıb. Bundan əvvəlki qarşıdurmada isə daha 330 raket buraxılmışdı. İsrail ordusunun hesablamasına görə, müharibə ərəfəsində İranın ümumi arsenalı 2500 raket təşkil edib və bu, raketlərin üçdə birindən çoxu artıq istifadə olunub.

Seçilən
3
3
xalqcebhesi.az

4Mənbələr