AZ

Rusiya nümayəndə heyəti Gəncəyə gəldi - FOTOLAR

III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətləri Gəncəyə gəlib.

"Unikal"ın məlumatına görə, bu gün Rusiyadan olan idmançılar Gəncə Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaqlar. Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Tural Əhmədov

Seçilən
15
unikal.az

1Mənbələr