AZ

UEFA azarkeş raportunu açıqladı Qalatasaray 5 klubdan biri oldu

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

UEFA ötən mövsüm Avropa futboluna dair azarkeş raportu açıqlayıb. ''Avropa klublarında istedad və rəqabət ab-havası'' adlı raportda 2024/25-də klub və yığma səviyyəsindəki matçlarda tribunalara 240 milyon azarkeşin gəldiyi qeyd olunub. Bu, Avropa futbolunda yeni rekorddu. Ayrı-ayrı klubların göstəricilərinə gəlincə, zirvədə ''Mançester Yunayted''in qərarlaşması diqqət çəkir. Bu klub hər nə qədər əvvəlki səviyyəsinə qayıda və uğurlu nəticələr qazana bilməsə də, oyunları hər zaman böyük azarkeş kütləsi toplayır. Söhbət ev oyunlarına gələn azarkeş sayından gedir. ''Yunayted''in matçlarını premyer-liqada 1 milyon 401 min, digər yerli turnirlərdə 286840, avrokuboklarda isə 512231 azarkeş izləyib. Beləcə mövsüm ərzində ortaya 2 milyon 200 min 268 rəqəmi çıxır. İkinci pillədə ''Real'' qərarlaşıb. Madrid nəhənginin ev oyunlarına La Liqada 1 milyon 381 min 324, digər yerli turnirlərdə 145808, avrokuboklarda 536540 azarkeş gəlib ki, bu da 2 milyon 53 min 673 azarkeş deməkdi. ''Yunayted'' və ''Real'' ötən mövsüm azarkeş sayında 2 milyonu keçən yeganə klublar oldu. İlk ''5-lik''də bu iki klubdan başqa ''İnter'', Dortmund ''Borussiya''sı və ''Bavariya'' qərarlaşıb. ''Bavariya'', Dortmund ''Borussiya''sı və ''Arsenal'' başqa göstərici ilə ön plana çıxıb. Mövsüm ərzində onların bütün ev oyunlarında stadionlar 100 faiz dolu olub! ''Böyük beşlik''də bu 3 klubdan başqa heç kim bu cür göstərici ilə öyünə bilməz. Mövsüm ərzində 1 milyon azarkeş sayını keçən klublar arasında ''Şalke-04''ün də yer alması diqqət çəkib. Halbuki Helzenkirhen klubu 2-ci bundesliqada mübarizə aparır və ötən mövsümü yalnız 14-cü pillədə tamamlamışdı. Türkiyə təmsilçilərindən isə yalnız ''Qalatasaray'' 1 milyon həddini aşa bilib. ''Cim-Bom'' ''böyük beşlik''dən olmayıb ev oyunlarına 1 milyondan çox azarkeş gələn cəmi 5 klubdan biridi!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
icma.az

2Mənbələr