AZ

Millimizin oyunlarının hakimləri məlum oldu

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.

8 oktyabr

Fransa (U-17) - Azərbaycan (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)

Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

11 oktyabr

İsrail (U-17) - Azərbaycan (U-17)

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

14 oktyabr

Azərbaycan (U-17) – Rumıniya (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00

Baş hakim: Mateo Erceq (Xorvatiya)

Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
15
qol.az

10Mənbələr