AZ

Kamal Umudlu Avropa çempionatının 3 oyununda

FİFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadla xəbər verir ki, Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq. O, həmçinin oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Seçilən
18
19
football-plus.az

10Mənbələr