AZ

Rusiyaya görə bağlanan sərhəd açılır – Tarix

Belarus hökuməti sentyabrın 25-dən etibarən Polşa ilə sərhədin açılması ilə bağlı Varşavadan rəsmi bildiriş alıb.

Olaylar.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

"Polşa Respublikasının Sərhəd Xidməti keçid məntəqələrinin sentyabrın 25-dən etibarən açılacağı barədə bizi məlumatlandırıb" - məlumatda bildirilir.

Qeyd edək ki, Varşava bu ölkə ilə sərhəddəki bütün keçid məntəqələrini Belarusla Rusiyanın birgə keçirdiyi "Qərb-2025" təlimləri ilə əlaqədar bağlamışdı. Polşanın Daxili İşlər Nazirliyi keçid məntəqələrinin qeyri-müəyyən vaxtadək bağlı qalacağını və yalnız təhlükəsizliklə bağlı vəziyyətinin qiymətləndirilməsindən sonra açılacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
2
olaylar.az

3Mənbələr