AZ

Bu qiymətlər qarşıdakı aylarda da artacaq AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Quru sərhədlərin bağlı olması əhalinin daha çox daxili turizmə üstünlük verməsinə səbəb olub. Əvvəllər insanlar xarici ölkələrə müxtəlif məqsədlərlə gedirdilərsə, indi əsasən bölgələrdə istirahət imkanları nəzərdən keçirilir. Bu da insanların bölgələrdə əmlak almasına təsir göstərir”.Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, bu zaman xüsusən torpaqların qiyməti təsirə məruz qalır, həmçinin evlər də bahalaşır:“Vətəndaş düşünür ki, hər dəfə həmin ərazidə xərcə düşməkdənsə, daimi bir evinin, torpağının olması daha məqsədəuyğundur. Bu, bölgələrdə daşınmaz əmlak qiymətlərinə təsir göstərən amillərdən biridir. Bundan əlavə, daşınmaz əmlak hazırda ən az riskli investisiya növüdür. Sadə vətəndaşlar və sahibkarlar az riskli olduğuna və daimi gəlir gətirmə imkanları olduğuna görə bu sahəyə investisiya edirlər. Əsas amil olaraq məhz bu səbəb çıxış edir. Milli valyutanın alıcılıq qabiliyyətinin dəyişməsi, iqtisadiyyatın böyüməsi, ölkənin investisiya cazibədarlığının artması da digər amillərdir”.Ekspert daşınmaz əmlak bazarındakı qiymətlərdən danışarkən isə qeyd edib ki, hazırda bazarda qiymət artımı davam edir:“Rəsmi rəqəmlərə görə, torpaq sahələri 13-14 faiz, bizim hesablamalarımıza görə, 17-18 faiz bahalaşıb. Bakıda elə yerlər var ki, mənzillər 20 faizdən yuxarı artıma məruz qalıb. Artım tendensiyası qarşıdakı aylarda da davam edəcək. Daşınmaz əmlak bütün iqtisadi münasibətlərin episentrində yer alır. Onu da qeyd edim ki, bu, təkcə bizim ölkədə deyil. Əksər ölkələrdə insanlar daha çox daşınmaz əmlaka yatırım edirlər. Çünki daşınmaz əmlakın dayanıqlılığı, iflas ehtimalının olmaması investisiya cazibədarlığını yüksəldir”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
demokrat.az

3Mənbələr