AZ

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələsinin 3 oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, referi 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
 
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.
 
Seçilən
41
19
moderator.az

10Mənbələr