AZ

"TikTok"da əxlaqsızlığın təbliğinə görə həbs olunan İlhamə Elşadqızına hökm oxunub

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işinin yekun məhkəmə prosesi keçirilib.

"Bakuinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı təqsirləndirilənin dörd il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızıya Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

"TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub. // Ozu.az

Seçilən
12
41
bakuinfo.net

10Mənbələr