AZ

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb - Yenilənib 

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb...

Sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Gədəbəydə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb.

İdarədən verilən məlumata görə, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.

***

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
23
4
poliqon.info

5Mənbələr