AZ

Səhiyyə naziri: Mustafa Topçubaşov Azərbaycanın səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir  

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı Topçubaşovun Azərbaycan tarixindəki müstəsna yerini təsdiq edir.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən elmi-praktik konfransda deyib.

Tədbirin Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil edildiyini vurğulayan nazir bildirib: “Akademik təkcə öz dövrünün deyil, Azərbaycanın səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə akademikin adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin açılışının olduğunu qeyd edən nazir, mərkəzin bu yüksək etimada layiq səviyyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Seçilən
33
1
azerbaijan-news.az

2Mənbələr