Bakı. Trend:
Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyathadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063”markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişinavtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Trend bu barədəBaş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.
Bildirilib ki, Hhadisə yerinə dərhal YPX əməkdaşları cəlbedilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəzanəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəlibədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digərsərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evəburaxılıblar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkətiştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasındadiqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrəgətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələbolunur.