AZ

Mbappe Zidanı geridə qoydu

Kilian Mbappe, "Real Madrid"də La Liqada vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu qabaqlayıb.

Day.Az Miili.Az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna "Levante"yə qarşı VI tur matçında dubl edərək nail olub.

Fransalı futbolçu, çempionatda keçirdiyi 40-cı matçında 38-ci qolunu vurub.

Qeyd edək ki, K. Mbappe 2024-cü ilin yayından etibarən Madrid təmsilçisinin formasını geyinir və onun "Real Madrid" ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edəcək.

Seçilən
8
3
day.az

5Mənbələr