AZ

Azərbaycanlı FİFA referisi bir həftədə 3 beynəlxalq oyuna təyinat aldı

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb. 

Fanat.Az xəbər verir ki, o, 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. 

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Seçilən
22
19
fanat.az

10Mənbələr