AZ

Bozoyan: “Bu gün Ermənistan Azərbaycan və Türkiyədən asılıdır”

“Paşinyan Qarabağı məhv etdi, ölkənin təhlükəsizlik problemlərini kəskinləşdirdi və bütün müttəfiqlərlə münasibətləri pozdu. Bu gün Ermənistan Azərbaycan və Türkiyədən asılıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Ankara və Bakının Paşinyan qarşısında konkret tələbləri var. “Onların arasında – milli təsisatların və simvolların rədd edilməsi mövcuddur”.

Bozoyan qeyd edib ki, bu gün səsələndirilən tələblər, sabah başqa sahələri də əhatə edəcək. “Paşinyan sabah Qaregin Njde, Zoravar Andranik adına olan metrostansiyasının, parklların, yerlərin adını belə dəyişdirəcək”.

Politoloq iddia edib ki, Ermənistanın baş nazirinin son hədəfi azərbaycanlıların Ermənistana köçürülməsinə nail olmaqdır. “Bu, Türkiyə və Azərbaycan tərəfindən başladılan bir prosesdir”.

Onun fikrincə, Paşinyanın elan etdiyi IV Respublika keçid mərhələsidir. “Faktiki olaraq Ermənistanın “Qərbi Azərbaycan”a çevrilməsinə hazırlaşır. 4-cü Respublika layihəsi reallaşarsa, növbəti addım Ermənistan-Azərbaycan “birgə dövləti”nin yaradılması olacaq”.

Fərda Uğur

Seçilən
4
1
tribunainfo.az

2Mənbələr