Masallıda itkin kimi axtarılan yeniyetmə tapılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, həmin yeniyetmənin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
İlkin Rzayev
***
10.12
Masallıda yeniyetmə itkin düşüb.
APA xəbər verir ki, 2011-ci il təvəllüdlü Ümid Tağıyev dünən saat 23 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, yeniyetmə barəsində axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.