AZ

BMT rəsmisi: Rəsmi statistikanın istehsal prosesi yenidən təşkil edilməlidir

BAKI, 24 sentyabr. TELEQRAF

Rəsmi statistikanın istehsal prosesi yenidən təşkil edilməlidir. Bir neçə ildir ki, statistik istehsal prosesinin mövzular üzrə təşkilindən proseslər üzrə təşkilata keçidindən danışırıq.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistika Şöbəsinin Direktoru Tina Luige Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

O qeyd edib ki, məlumatların toplanması, işlənməsi, yayımı və digər mərhələlərlə məşğul olan bölmələr mövzudan asılı olmayaraq fəaliyyət göstərməlidir:

“Rəsmi statistikanın hazırlanma üsulu dəyişir. Artıq bu siyahıyaalma və sorğulara əsaslanmır. MDB ölkələrində də getdikcə daha çox inzibati reyestrlərdən istifadə olunduğunu görürük və bu, ali prioritet hesab olunur. Bəzi növ böyük məlumatlar üzrə artıq işlənmiş metodlar mövcuddur və bir çox ölkələr onlardan istifadə edir, məsələn, mobil operatorların məlumatları, kassa aparatları, skanerlərin məlumatları, “ağıllı” sayğaclar və s.

Amma digər böyük məlumat növləri, məsələn, sosial şəbəkələr, rəsmi statistika üçün istifadə olunarkən çoxsaylı çətinliklər yaradır və yalnız məhdud şəkildə — müəyyən əhval-ruhiyyə və ya mövzu üzrə statistikada tətbiq edilə bilər. Bundan başqa, geoməkan məlumatları və Yer müşahidələri ayrıca bir kateqoriyadır. Məlumatların artan əlçatanlığı və müxtəlifliyi statistik təşkilatlar üçün datasetləri inteqrasiya etməyə, daha çox təhlil və operativ məlumat təqdim etməyə böyük imkanlar yaradır”.

Seçilən
3
teleqraf.com

1Mənbələr