AZ

Fidan Cəfərova Türkiyə klubuna keçdi - rəsmi

Qadınlardan ibarət millimizin müdafiəçisi Fidan Cəfərova karyerasını Türkiyədə davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, o, "Hakkarigücü" klubuna keçib.

Tərəflər ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Fidan Cəfərovanın son klubu "Neftçi" olub.

Seçilən
29
football-plus.az

1Mənbələr