Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində binalardan birində tək yaşayan yaşlı qadının həyatı baxımsızlıq səbəbindən ciddi təhlükə altındadır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Ərazidə yaşayan qonşuların sözlərinə görə, qadın tamamilə tək yaşayır, yaxın qohumları olsa da, onunla maraqlanan yoxdur. Evin vəziyyəti isə anti-sanitariya şəraitindədir.
"Xanımın ürək problemi var, ürəyinin cəmi 15%-i işləyir. Onun qulluğa ehtiyyacı var. Hazırda xanımla əlaqə saxlaya bilmirik və necə olduğu barədə xəbərimiz yoxdur. Ən son yanına sahə həkimi ilə getmişdik",-deyə məlumatda qeyd olunub.