AZ

"Sevil Art"dan "Formula 1"-ə həsr olunmuş limitli kolleksiya - FOTOLAR

"Sevil Art"dan "Formula 1"-ə həsr olunmuş limitli kolleksiya - FOTOLAR

2017-ci ildən etibarən Bakıdakı "Formula 1" Qran Prisi Azərbaycanın idman və mədəni həyatının vacib hissəsinə çevrilib. Hər il paytaxt dünya avtoidmanının səhnəsinə dönür, burada sürət və adrenalin İçərişəhərin zəngin irsi ilə qovuşur.

"Formula 1"-in Azərbaycanda keçirilməsi artıq minlərlə qonağı cəlb edən bir ənənədir.

"Sevil Art" brendi bu fürsətdən yararlanaraq, Bakı 2025 "Formula 1" yarışına xüsusi olaraq limitli dizayner aksesuar kolleksiyası təqdim edib. Bu kolleksiya həm yarışların ab-havasını, həm də Azərbaycanın mədəni gözəlliyini əks etdirir.

Kolleksiyaya daxildir:

İpək şallar – sürət və Bakının memarlığından ilhamlanan unikal illüstrasiyalarla.

Termo fincanlar – müəllif dizaynı ilə hazırlanmış, həm zövqlü, həm də praktik suvenir.

Hər bir aksesuar məhdud sayda əl işi ilə hazırlanır. Bunlar sadəcə suvenir deyil, "Formula 1"-in həyəcanını və Azərbaycanın estetik dəyərlərini birləşdirən nümunələrdir.

Limitli kolleksiyamızda aşağıdakılar ideal seçimdir:

"Formula 1" Bakıya həsr olunmuş eksklüziv hədiyyələr;

Azərbaycandan dizayner suvenirləri;

Paytaxtın həm ənənəsini, həm də müasirliyini əks etdirən aksesuarlar.

Kolleksiyanı haradan əldə etmək olar?

Kolleksiya məhsulları məhdud sayda onlayn saytımızda - https://sevilart.com/ - və Bakının seçilmiş satış nöqtələrində mövcuddur.

Seçilən
7
afn.az

1Mənbələr