AZ

Opera ifaçısından Damla və Nəfəsə sərt sözlər: “Onlarla rastlaşmaq istəmirəm”

Opera ifaçısı Taleh Yahyayev dəvət aldığı məclislərdə bayağı müğənnilərlə rastlaşdığı üçün narazılıq edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə “Öz aramızda” verilişində danışıb.

İfaçı bildirib ki, toylarda bəzi müğənnilərlə eyni səviyyədə tutulmaq onu qane etmir: Dominos pizza

“Dəvət aldığım məclislərdə Nəfəsi, Damlanı görəndə əsəbləşirəm. Bu dəqiqə ən hörmətsiz yer toylardır. Onları da pisləmirəm, sadəcə olaraq əməyimə heyifim gəlir. Pul baxımından ondan üstün olsaq belə, eyni səviyyədə tutuluruq. Onlarla rastlaşmaq istəmirəm. Ya başda oxuyum, ya da sonda. Onlarla bir araya gəlməyim. Görün sənət hansı səviyyəyə enib. Bayağılıq yolu ilə tanınanları da qınamıram. Bayağılıqdan uzaqlaşsalar belə, həmin peçat onların üstündədir. Unutmaq üçün əsrlər lazımdır. Ona da heç birinin ömrü çatmaz”.

Qeyd edək ki, Taleh Yahyayev həmin müğənnilərə dəstək verən sənət adamlarını da sərt tənqid edib və onları “Xalq düşməni” adlandırıb.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
24
3
yenisabah.az

4Mənbələr