AZ

Papuaşvili: Gürcüstan keç kimin oyuncağı deyil

TBİLİSİ, 24 sentyabr. TELEQRAF

“Avropa Komissiyası anlamalıdır ki, Gürcüstan heç kimin oyuncağı deyil, gürcülərin həyat və sağlamlığı Brüssel üçün oyuncaq deyil”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva PapuaşviliAvropa Komissiyasının mətbuat katibinin ötən gün səsləndirdiyi bəyanatı jurnalistlərə şərh edərkən deyib.

Spiker komissiya nümayəndəsi tərəfindən oktyabrın 4-də Tbilisidə müxalifətin elan etdiyi zorakı mitinqə həmrəyliyin ifadə olunmasını fəlakət adlandırıb.

“Bu bəyanat “Milli Hərəkat”ın təşkil edəcəyi mitinq nəticəsində baş verə biləcək zorakılığa görə birbaşa məsuliyyətin bölüşdürülməsidir. Oktyabrın 4-də hər hansı bir zorakılıq törədilərsə, kimsə polisə bir daş belə atarsa, Avropa Komissiyası öz mətbuat katibinin timsalında bu zorakılığa görə məsuliyyəti bölüşəcək”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, Avropa Komissiyasının mətbuat katibi Anita Hipper ötən gün bildirib ki, gürcü xalqının dinc etiraz etmək hüququ var və Gürcüstan hakimiyyəti onun səsini eşitməlidir.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr