Bakı. Trend:
Avrasiya universitetləri qlobal səviyyədə iqtisadi və ekolojitəsir göstərməklə tədqiqatların və innovasiyaların inkişafındavacib rol oynayırlar.
Trend xəbər verirki, bunu İvane Cavaxişvili adına Tbilisi dövlət universitetininkeyfiyyətin təminatı xidmətinin rəhbəri Şota Potolaşvili Bakıdakeçirilən Avrasiya universitetləri sammitində çıxışında deyib.
Potolaşvili regionun universitetlərə ekoloji elmlər sahəsindəmühüm üstünlüklər verən unikal coğrafi və mədəni mövqeyinivurğulayıb.
“Qafqaz və Mərkəzi Asiya kimi regionlar biomüxtəliflik vəiqlimlə bağlı tədqiqatlar üçün həyati əhəmiyyət daşıyan məlumatlartəqdim edir ki, bu da yalnız regiona fayda vermir, həm də qlobalmodelləşdirmədəki ciddi boşluqları doldurmağa kömək edir”, - deyə oqeyd edib.
O, həmçinin bilik mübadiləsinin iqtisadi və texnoloji tərəqqininstimullaşdırılmasında tarixi rolunu yada salıb.
“Əsrlər öncə İpək Yolu sadəcə ticarət marşrutu deyildi. Obiliklərin ötürülməsi kanalı rolunu oynayırdı. Hind riyazimodelləri, Çin kağız istehsalı texnologiyaları və Avropa nəqliyyatinnovasiyaları bu şəbəkələr vasitəsilə yayılırdı. İnnovasiyalar heçvaxt başlanğıcdan universal olmur və bizim vəzifəmiz ondanibarətdir ki, biliklər bir yerdə qalmayıb inklüziv şəkildəyayılsın”, - deyə Potolaşvili bildirib.