AZ

Zelenski: Putinlə Qazaxıstanda görüşə bilərəm

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Ukrayna lideri bunu “Fox News” telekanalına müsahibəsində deyib.
Aparıcı Zelenskidən Rusiya lideri ilə harada görüşə biləcəyini soruşub. Ukrayna prezidenti danışıqlara açıq olduğunu bildirib və görüşün keçirilə biləcəyi bir neçə ölkənin adını çəkib.

“Komandalarımız Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Avstriya və İsveçrə kimi neytral Avropa ölkələrində görüşlər keçirməyi təklif ediblər. Amma istəsəniz, bunu Qazaxıstanda da edə bilərik, buna hazırıq”, - Zelenski qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Volodimir Zelenski ilə görüşüb.
Seçilən
22
2
sherg.az

3Mənbələr