AZ

Paytaxtın iki məktəbində pilot layihəyə start verilib

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərində yeni təmayül tədris modelinin pilot tətbiqinə başlanıb.Newscenter.az xəbər verir ki, tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin müvafiq altsistemi vasitəsilə həyata keçirilən qəbul prosesi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılıb. Eyni bal toplayan şagirdlər arasında seçim təmayül fənləri üzrə yekun qiymətlərin orta balı nəzərə alınmaqla həyata keçirilib.Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir. Qeyd edək ki, tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçirilir. Təmayül siniflərdə sertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işə qəbulu imtahanı üzrə minimum 81 bal toplamış və 3 ildən artıq pedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlb olunublar.Ruhiyyə Mehdiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
8
newscenter.az

9Mənbələr