Ağdam. Trend:
Ötən gün mina partlaması nəticəsində həyatını itirən Gizir Xanıləqəbi ilə tanınan Səyyaf Əhmədovun meyti ailəsinə verilib.
Trend-inQarabağ bürosunun xəbərinə görə, mərhum Səyyaf Əhmədovla yaşadığıAğdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimikeçirilir.
Qeyd edək ki, dünən Ağdam rayonunda mina hadisəsi başverib.
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) MətbuatXidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ciil təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğluminalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışınəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırmaaparılır.