AZ

Ukrayna dronları “Qazprom”un Başqırdıstandakı neft emalı zavodunu vurub

Ukrayna Təhlükəsizlik Xidmətinin dronları bir həftə ərzində ikinci dəfə Rusiyanın Başqırdıstan Respublikasındakı “Qazprom”un ən böyük neft emalı zavodlarından birinə zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə UNİAN Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

"Son 7 gündə ikinci dəfədir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin CSO A pilotsuz təyyarələri Başqırdıstana uçaraq "Qazprom Neftexim-Salavat"a zərbələr endirib. Bu, Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından biridir. O, avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen də daxil olmaqla 150 müxtəlif məhsul istehsal edir".

Bundan əvvəlki hücum zamanı sentyabrın 18-də baş verdi.

Hücumu Başqırdıstan qubernatoru Radiy Xabirov da təsdiqləyib.

Seçilən
9
herbiand.az

1Mənbələr