AZ

QMİ sədri: Vətən müharibəsində din xadimləri mənəvi vəzifələrini layiqlə həyata keçirdilər

Vətən müharibəsində din xadimləri mənəvi vəzifələrini layiqli şəkildə həyata keçirdilər.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.

O, din xadimlərinin heç bir fərq qoymadan müsəlman, katolik, pravoslav, yəhidi şəhidlərin dəfn mərasimlərinə birgə qatıldıqlarını vurğulayıb:

"İstər Vətən müharibəsi günlərində, istərsə də Zəfərdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək İkinci Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik.

Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllərlə bağlı, həmçinin onların yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq".

QMİ sədri bildirib ki, Prezident İlham Əliyev Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd edib:

"O bizim fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycanın qüdrəti hər zaman qələbələrlə artacaq".

Seçilən
25
3
far.az

4Mənbələr