AZ

Mütəxəssis Şurov: Polşa prezidentini ciddi nikotin asılılığı var

Polşa prezidenti Karol Navrotskinin ciddi nikotin asılılığı var...

Poliqon xəbər verir ki, bunu narkomaniya üzrə mütəxəssis Vasili Şurov BMT Baş Assambleyasının sessiyası zamanı Navrotskinin snusdan (quru toz tütün) istifadə etməsi ilə bağlı internetdə yayılan şayiələri şərh edərkən deyib.

"Onun ciddi nikotin asılılığı var. İkinci dəfədir ki, prezident kimi bu paketdən ictimai yerlərdə istifadə edir", ekspert qeyd edib.

Şurovun sözlərinə görə, BMT Baş Assambleyasının sessiyası zamanı Navrotskiyə siqaret çəkməyə icazə verilməyib.

Navrotski Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası zamanı snus istifadə etməkdə şübhəli bilinir. İnternetdə Navrotskinin köməkçisinin ona kiçik bir qutu uzatdığını göstərən video yayılıb. Polşa prezidenti ondan nəsə çıxarır, sonra ağzına qoyur.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr