AZ

Adnan Əhmədzadə haqda həbs qərarı qüvvədə qaldı

Adnan Əhmədzadə haqda həbs qərarı qüvvədə qaldı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda mənimsəmə ittihamı ilə saxlanılan iş adamı Adnan Əhmədzadə apellyasiya şikayəti verməyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib.

Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbsdədir. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib.

Onun vəkili Şaiq Mirzəyev də saytımıza açıqlamasında məlumatı təsdiq edib: “Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ ki gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik.”

Görünən isə odur ki, Adnan Əhmədzadə özü də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi ilkin sübutlarla tanış olub və apellyasiya şikayətinin real nəticə verməyəcəyini düşünüb.

Seçilən
12
33
afn.az

10Mənbələr