Görüş bu gün baş tutacaq və gündəlik “geniş” olacaq...
Poliqon xəbər verir ki, RIA Novosti-nin məlumatına görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio 24 sentyabrda 80-ci BMT Baş Assambleyası çərçivəsində görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Verşininin sözlərinə görə, görüşün gündəliyi “geniş” olacaq, lakin müzakirə mövzuları hələ açıqlanmır. Sergey Lavrov artıq Nyu-Yorka gəlib.
25 sentyabrda Lavrovun BMT Baş katibi Antonio Quterreş ilə görüşü planlaşdırılıb. O, Baş Assambleyanın ümumi iclaslarında isə 27 sentyabrda çıxış edəcək. BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi 23 sentyabrda başlayıb.
Poliqon.info