AZ

''Tələbə mübadiləsini artırmalıyıq''- Emin Əmrullayev

“Azərbaycan Şərqlə Qərbin birləşdiyi yerdə yerləşir. Bu baxımdan Avrasiya Universitetləri Konfransını keçirməyin əhəmiyyətli olduğunu düşünürəm”.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində səsləndirilib.

O bildirib ki, ötən illərdə xaricdə təhsil almaq üçün müraciət edən azərbaycanlı tələbələrin sayı artıb: “Dünyanın nüfuzlu universitetlərində oxuyan tələbələrimizin sayı olduqca çoxdur. Ölkəmizdə universitet məzunlarının sayı demək olar ki, maksimum səviyyədədir. Bəzi sosial göstəricilər də göstərir ki, tələbələrimizin çoxu nüfuzlu xarici universitetlərdə təhsil almaq istəyir. Hesab edirəm ki, tələbə mübadiləsini artırmalıyıq. Bu xüsusilə kiçik ölkələrə yardım edəcək. Burada bir çox çağırışlara əsasən gedən və qayıdan tələbələrin sayında balansı qorumalıyıq. Daha çox kəmiyyətə deyil, keyfiyyətə diqqət ayırmalıyıq”.

Nazir xarici universitetlər və institutlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Avrasiya kimi önəmli regionda elmi araşdırmaların aparılmasının vacibliyini qeyd edib:

“İndi başa düşülməsi lazım olan bir neçə məsələ var. Bir tərəfdən bunu çox güclü mobillik imkanı adlandırmaq olar. Biz mobilliyin tərəfdarıyıq və inanırıq ki, bu potensial dəyərləndirilməlidir. Şəxsən inanıram ki, ali təhsil sadəcə təhsilin növbəti mərhələsidir. Hər bir insanın təhsilini davam etdirmək üçün şansı və ya imkanı olmalıdır. Bu, yalnız mənim şəxsi fikrimdir. Amma yenə də biz bunu necə əldə edə bilərik? Çünki bu məsələdə hamımızın müəyyən çətinlikləri var. Elə baryerlər mövcuddur ki, bəzən məntiqli görünə bilər. Amma əsas məsələ balansı necə tapmaqdır. Həm yerli, həm də beynəlxalq səviyyədə bu sahədə əməkdaşlıqları görmək istəyirik. Biz inanırıq ki, təhsil böyük fərq yarada bilər. Eyni zamanda, hesab edirik ki, bunun üçün əməkdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Çünki bizim çoxşaxəli iqtisadiyyatımız və sistemimiz, zəngin mədəniyyətimiz var. Şübhəsiz ki, belə əməkdaşlıqlar insanların həyatını daha da yaxşılaşdıracaq. Bu əməkdaşlıqlar çox sayda insana fayda verəcək”.

Seçilən
16
2
redaktor.az

3Mənbələr