AZ

Deputat Adnan Əhmədzadənin həbsdindən danışdı: “Gözləməliyik”

“SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı məsələ son günlərin əsas müzakirə mövzusuna çevrilib. Bununla bağlı cəmiyyətdə, eləcə də mətbuatda müxtəlif fikirlə, rəylər səsləndirilir. Adnan Əhmədzadənin həbsi kifayət qədər ciddi məsələdir, çünki Azərbaycanın neft strategiyası ilə bağlı siyasətinə qarşı edilən təxribatdan, dövlət imicini aşağı salmağa yönəlik addımların atılmasından söhbət gedir. Təbii ki, bunlar istintaqın ilkin versiyalarıdır. Məsələyə tam məlumat olmadan əvvəlcədən münasibət bildirmək doğru deyil. Bu, istintaqın düzgün aparılmasına təsir kimi görünə bilər. Aidiyyəti orqanlar məsələ ilə bağlı ciddi araşdırmalara başlayıblar. Bu uzantılar hara gedib çıxır, haradan idarə olunub, irəli sürülən ilkin versiya və ittihamlar nə dərəcədə özünü doğruldacaq? Bütün bunlara istintaq cavab verəcək. Yalnız bundan sonra məsələyə köklü münasibət bildirmək mümkündür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

 

“İstənilən halda olduqca xoşagəlməz hadisədir. Adı iş dünyasında kifayət qədər böyük işlər görməkdə hallanan, Azərbaycanın neft sektorunda zaman-zaman gündəmə gələn məsələlərlə diqqət mərkəzində olan bir şəxsdən söhbət gedir. Adnan Əhmədzadənin qısa müddət ərzində yetərincə böyük sərvətlərə sahib olduğu da bəllidir. Bunlar  hansı yolla - biznes fəaliyyəti ilə, ya qanundankənar fəaliyyətlə əldə edilib? Hər biri araşdırma mövzusudur. Hazırkı məlumata görə, Adnan Əhmədzadənin bank hesablarına, ölkədə və ölkədən kənarda olan əmlaklarına həbs qoyulub. Onun haqqında çox sayda ittihamlar irəli sürülüb. Xarici ölkələrin prosesdə iştirakı və dövlət təhlükəsizliyimizə zərbə vura biləcək addımların ola bilməsi ehtimalından söhbət gedir. Buna görə də hadisələri qabaqlamaq istəmirəm. İstintaq orqanlarının nəticələrə qiymət verməsini gözləməliyik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Sentyabr 2025, 11:29   
Seçilən
6
pravda.az

1Mənbələr